TÖVSİYƏ XƏBƏRLƏR

Sabah dağlıq ərazilərdə qar yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 13 sentyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19°, gündüz 19-23° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17°, gündüz 19-24°, dağlarda gecə 2-7°, gündüz 7-12° isti olacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx