Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 15 sentyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21°, gündüz 22-26° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 15-19°, gündüz 23-28°, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacaq.