TÖVSİYƏ XƏBƏRLƏR

Sabah hava buludlu olacaq, arabir yağış yağacaq

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə 25 sentyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21°, gündüz 21-26° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19°, gündüz 20-25°, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacaq.