TÖVSİYƏ XƏBƏRLƏR

Sabah hava dəyişkən buludlu olacaq, külək əsəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə 3 oktyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 19-24° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18°, gündüz 20-25°, dağlarda gecə 1-5°, gündüz 5-9° isti olacaq.