Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “İmagine Dragons” qrupunun konserti ilə bağlı Bakı metropolitenində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu barədə 1 sentyabr tarixində “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Konsertin başlanma vaxtı ərəfəsində “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək.
Sərnişin axınının tənzimlənməsi üçün axşam saatlarından Yaşıl və Qırmızı xətlər üzrə ehtiyat qatarlar xəttə veriləcək.
Konsert başlanmazdan əvvəl və başa çatdıqdan sonra “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsinin fəaliyyət göstərməsi nəzərdə tutulub.