TÖVSİYƏ XƏBƏRLƏR

Sabah leysan, külək olacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə 20 noyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Yarımadanın bəzi yerlərində yağıntının leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 9-11°, günün birinci yarısında 11-13°, günün ikinci yarısında 7-9° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10°, gündüz 11-16° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.