Azərbaycanda sentyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19°, gündüz 19-22° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19°, gündüz 23-28°, dağlarda gecə 4-8°, gündüz 8-13° isti olacaq.