TÖVSİYƏ XƏBƏRLƏR

Sabah milli parklarda açıq qapı günü olacaq

Sabah, 11 yanvar tarixində Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar olaraq Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək. Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidməti məlumat paylaşıb.

Məlumata əsasən, Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var.

“Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir”, – deyə Xidmət rəsmisi qeyd edib.

Dünya Qoruqlar və Milli Parklar Günü Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən başlayaraq hər il qeyd edilir.

20220110111646_19517800
20220110111646_19517800