TÖVSİYƏ XƏBƏRLƏR

“Sabah” – “Sumqayıt” oyunu təxirə salınıb

“Sabah”ın Azərbaycan Premyer Liqasının II turunda “Sumqayıt”a qarşı keçirməli olduğu oyun təxirə salınıb.

Bu barədə İnsanoid 12 avqust tarixində Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.

Bakı klubu PFL və “Sumqayıt”a müraciət edərək Serbiyanın “Partizan”ı ilə UEFA Konfrans Liqasının cavab görüşünə daha yaxşı hazırlaşmaq üçün çempionat matçının başqa vaxta keçirilməsini istəyib.

“Sabah”ın rəsmi müraciətini, “Sumqayıt”ın isə rəsmi razılıq məktubunu əsas götürən qurum ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq, avqustun 13-nə nəzərdə tutulmuş oyunu təxirə salıb.

Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat daha sonra veriləcək. Komandaların əvəzedicilər liqasında çıxış edən təmsilçilərinin oyunları isə qüvvədə qalıb.

Azərbaycanın digər avrokubok təmsilçilərindən PFL-ə oxşar müraciət daxil olmayıb.

Avqustun 17-də keçiriləcək “Partizan” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşma Bakı klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.