Bakıda və Abşeron yarımadasında, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Bu barədə 2 iyun tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 26-31° isti olacaq.
Azərbaycanın rayonlarında, əsasən, gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 29-34°, dağlarda gecə 8-13°, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.