Sabahdan boş qalan plan yerlərinə və kolleclərə qeydiyyat başlayır

Sentyabrın 14-dən ali təhsil müəssisələrinin boş qalmış plan yerlərinə və kolleclərə qeydiyyat başlayır. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.

Ali təhsil müəssisələrinin boş qalmış plan yerlərinə qəbul olunanlar 21 sentyabr, kolleclərə qəbul olanlar isə 25 sentyabr tarixinədək saytda qeydiyyatdan keçməlidirlər. Abituriyentlər yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunmuş vaxt ərzində qeydiyyatdan keçməmək abituriyentin imtina etməsi kimi qiymətləndiriləcək.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Sabahdan boş qalan plan yerlərinə və kolleclərə qeydiyyat başlayır”

Tövsiyə xəbərlər