Sabahdan ölkədə hansı qadağalar aradan qaldırılır?

Oktyabrın 1-dən Azərbaycanda bir sıra qadağalar ləğv edilir. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.

Sabahdan həftəsonu ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin fəaliyyəti bərpa edilir.

Bununla yanaşı, aşağıdakı sahələrdə də fəaliyyət bərpa edilir:

  • istirahət və əyləncə məkanlarında, klublarda və uşaq əyləncə məkanlarında;
  • ümumi tutumunun 50%-dən çox olmamaq şərtilə mədəniyyət obyektlərində, kinoteatrlarda, teatrlarda və konfrans zallarında.

Fəaliyyəti bərpa edilən məkanlar saat 00:00-dək işləyəcək və xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək. Vətəndaşlar həmin məkanlara əks göstəriş sertifikatı ilə də daxil ola bilərlər.

Həmçinin oktyabrın 1-dən ölkənin şəhər və rayonlarından dəmir yolu və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçiriləcək. Yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərin COVID-19 pasportu və ya immunitet sertifikatının olması mütləqdir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Sabahdan ölkədə hansı qadağalar aradan qaldırılır?”

Tövsiyə xəbərlər