TÖVSİYƏ XƏBƏRLƏR

Sabahın hava proqnozu açıqlanıb

Oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 23 oktyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-17°, gündüz 19-24° isti olacaq.

Əksər rayonlarda havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14°, gündüz 21-26°, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacaq.