Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə 3 fevral tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Havanın temperaturu gecə 2-4°, gündüz 6-9° isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Lakin axşam bəzi dağlıq rayonlarda qar yağacağı ehtimal var. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx