İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu müasir istixana təsərrüfatının yaradılması üçün 1 milyon manat güzəştli kredit ayırıb.
Bunu 10 mart tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
M. Cabbarov qeyd edib ki, regionlarda fəaliyyət göstərən biznes subyektlərinə maliyyə dəstəyi çərçivəsində Sabirabad rayonunda müasir istixana təsərrüfatının yaradılması üçün “Greener” MMC-yə güzəştli kredit verilib.
Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən regionlarda fəaliyyət göstərən #biznes subyektlərinə maliyyə dəstəyi çərçivəsində Sabirabad rayonunda müasir istixana təsərrüfatının yaradılması üçün Greener MMC-yə 1 mln. ₼ #güzəştlikredit verilib.
#EconomyAz #SİF pic.twitter.com/FD72be6fiC
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 10, 2023