Sabirabadda evdən pul və qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Baş DYP-nin əməkdaşlarının nəzarət qaydasında saxladıqları “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin “oğurluq” maddəsi ilə axtarışda olması müəyyən edilib. O, saxlanılaraq Sabirabad RPŞ-yə təhvil verilib.
Araşdırma zamanı M. Səmidovun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10.750 ABŞ dolları və 12.050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.