Sabirabadda axtarışda olan 34 yaşlı kişinin meyiti tapılıb. Bu barədə 26 yanvar tarixində Report məlumat verib.
Saatlı rayonunun Cəfərxan kənd sakini, 1989-cu il təvəllüdlü Şükürov Sübhan Ümidvar oğlunun meyiti Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində aşkar edilib.
İlkin məlumata görə, S. Şükürov yanvarın 24-də evdən çıxıb, bir daha geri qayıtmayıb. Onun tapılması istiqamətində axtarışlar aparılırmış.
Mərhumun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.