Şabran sakini narkotikə görə tutulub

Şabran sakini narkotikə görə tutulub

Şabran sakinindən külli miqdarda narkotik aşkarlanıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 20 yanvar tarixində xəbər verir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Cavid Hüseynov saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana, psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx