Şabran rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 23 mart tarixində “İnsanoid” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Şabran rayonunun Uzunboyad kəndində ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsi 65 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.