TÖVSİYƏ XƏBƏRLƏR

Şabranda çayxana yanıb

Şabran şəhərində yanğın hadisəsi baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 13 yanvar tarixində xəbər verir.

Ümumi sahəsi 90 kv.m olan, çayxana kimi fəaliyyət göstərən birmərtəbəli obyektin yanar konstruksiyaları və içərisindəki əşyalar, ona bitişik ümumi sahəsi 120 kv.m (hər mərtəbəsi 60 kv.m) olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin (1-ci mərtəbəsi yem dükanı, 2-ci mərtəbəsi çayxana kimi fəaliyyət göstərir) ikinci mərtəbəsində 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner yanıb.

Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx