TÖVSİYƏ XƏBƏRLƏR

Şabranda “KAMAZ” işçinin üzərindən keçib

Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib. Bu barədə Report 18 may tarixində xəbər verib.

“KamAZ” markalı yük avtomobili həmin ərazidə çalışan 31 yaşlı işçi Rüstəm Rüstəmovun üzərindən keçib. Yaralı vəziyyəti ağır olduğundan öncə Şabran Rayon Mərkəzi Xəstəxanasına, daha sonra paytaxtdakı xəstəxanaların birinə göndərilib.

Lakin həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx