TÖVSİYƏ XƏBƏRLƏR

Şabranda yol kənarında silah aşkarlanıb

Şabranda yol kənarında silah aşkarlanıb. Bu barədə 7 iyun tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Əmirxanlı kənd yolunun kənarında 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıq və 9 ədəd həmin silaha məxsus patron aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx