TÖVSİYƏ XƏBƏRLƏR

Şabranda yük və minik avtomobili toqquşub – FOTO

Bakı-Quba yolunun Şabran rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.

Sumqayıt sakini Mahmudov Filman Telman oğlunun idarə etdiyi 99 JN 675 dövlət nömrə nişanlı, “Mersedes” markalı yük avtomobili Şabran rayon sakini Elvin Orucovun idarə etdiyi 77 XL 701 dövlət qeydiyyat nişanlı “Kia” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “Kia” yoldan çıxaraq aşıb.

Qəza nəticəsində minik avtomobilində olan şəxslər, sürücünün 39 yaşlı həyat yoldaşı Rübabə Orucova və 13 yaşlı qızı Gülay Orucova xəsarət alıblar. Onlar Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şabran qəza
Foto APA.az saytı