TÖVSİYƏ XƏBƏRLƏR

Sabunçuda 40-a yaxın həyət evində içməli sudan qanunsuz istifadə edilib

Sabunçuda 40-a yaxın həyət evində içməli sudan qanunsuz istifadə edilib. Bu barədə İnsanoid 12 sentyabr tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən məlumat verir.

Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Tavaylıq massivində fərdi evlərin tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilmiş 40-a yaxın həyət evində içməli sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. Evlərin tikintisi ilə məşğul olan maklerlər magistral su kəmərindən qanunsuz olaraq, 40 mm diametrli borularla su xətti çəkib və evlərə birləşmə veriblər.

Bu səbəbdən evlərin su təchizatı dayandırılsa da, ev sahibləri kəsilən su xəttini birləşdirərək içməli sudan qanunsuz istifadəni davam etdiriblər.

Sabunçu rayonunun Zabrat dairəsində yerləşən mebel sexi və anbar kimi fəaliyyət göstərən obyektdə suyun talanması faktı müəyyən edilib. Obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan içməli sudan qeyri-qanuni şəkildə istifadə edib.

Ramana qəsəbəsinin südçülük sovxozundakı Elşən Məhərrəmov küçəsində yerləşən “Kabel sexi”ndə də analoji vəziyyət aşkarlanıb. Sahibkar yaxınlıqdan keçən su xəttinə özbaşına qoşularaq, içməli sudan qanunsuz istifadə edib.

Sabunçu – Zabrat yolu üzərindəki dekorativ ağacların satışı məntəqəsində də içməli sudan qanunsuz istifadə halı aşkarlanıb. Obyekt sahibinə bununla bağlı xəbərdarlıq edilərək su təchizatının dayandırılmasına baxmayaraq, o, yenidən özbaşına xəttə qoşulub.

Aşkarlanmış bütün qeyri-qanuni su xətləri və birləşmələr ləğv edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx