TÖVSİYƏ XƏBƏRLƏR

Sədərək rayonunda minik avtomobili yanıb

Sədərək rayonunun Sədərək kəndi ərazisində minik avtomobili yanıb. Bu barədə 31 oktyabr tarixində Report məlumat verib.

“Volqa” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar və sürücü panelinin bir qismi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.