Goranboy rayonu, Düzqışlaq kəndi ərazisində yerləşən “Eşqin” şadlıq sarayında kütləvi dava-dalaş olub. Bu barədə 21 yanvar tarixində “Qafqazinfo” məlumat verib.
Belə ki, yanvarın 18-i saat 19:00 radələrində şadlıq evində baş vermiş kütləvi dava zamanı rayonun Dəyirmanlar kənd sakini, 1999-cu il təvəllüdlü Kənan Məmmədov və bir qrup şəxs ata və oğlunu döyüblər. Nəticədə 1992-ci il təvəllüdlü Eşqin Məmmədrzayev və atası Rafiq Məmmədrzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.