TÖVSİYƏ XƏBƏRLƏR

Səfərbərlik Xidmətinin hərbi qulluqçularının və DSX-nin hərbçilərinin maaşları 20% artıb

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20% artırılıb.

Bununla bağlı 7 noyabr tarixində Prezident İlham Əliyev Fərman imzalayıb.

Dövlət Başçısının imzaladığı digər Fərmana əsasən, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20% artırılıb.

Bu fərmanlar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.