Övladlarını “SABIS SUN” beynəlxəlq məktəbinə imtahana gətirən valideynlər qəribə vəziyyətlə üzləşiblər. Bu barədə İnsanoid bu gün, 3 dekabr tarixində xəbər verir.
Belə ki, SAT imtahanı verməyə gələnlər məktəbin qarşısında öyrəniblər ki, həmin gün imtahan keçirilməyəcək. Valideynlərin sözlərinə görə, təhsil ocağının rəhbərliyinin imtahandan xəbəri yoxdur.
Yaranmış vəziyyətdən narazı qalan valideynlər məktəb rəhbərliyindən açıqlama verməsini istəyiblər.
Lakin onların sualları cavabsız qalıb.