TÖVSİYƏ XƏBƏRLƏR

Şahbuzda su anbarından kişi meyiti aşkarlanıb

Şahbuzda su anbarından meyit aşkarlanıb. Bu barədə 21 oktyabr tarixində Report məlumat verib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında insan meyitinin aşkarlanması, nəqliyyat yolu olmadığı üçün köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Şahbuz şəhər sakini, 1964-cü il təvəllüdlü Hüseynov Mahir Musa oğluna aid meyit aidiyyəti üzrə təhvil verilib.