Bu gün Milli Məclisin sədri Sahibə Qafarova V Budapeşt Demoqrafik Zirvə görüşündə iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə işgüzar səfərə gəlib. Bu barədə 13 sentyabr tarixində Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Budapeşt Ferents List Hava Limanında Milli Məclisin sədrini Macarıstan Prezidentinin Milli Müdafiə Direktorluğunun rəhbəri İştvan Kun-Szabo, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın V Budapeşt Demoqrafik Zirvə tədbirində çıxışı nəzərdə tutulub.