Sahibkarlar üçün qiymətli kağızların buraxılışı ilə bağlı təlim təşkil olunacaq

Sahibkarlar üçün “Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzusunda onlayn təlim keçiriləcək. Bu baradə 7 sentyabr tarixində Sahibkarlığın İnkişafı Fondunun rəsmi saytında məlumat verilib.

Təlimdə kapital bazarı, qiymətli kağızların buraxılışı və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcək.

Tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Bakı Fond Birjası tərəfindən təşkil olunacaq.

Sahibkarlar təlimdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. İştirak üçün ödəniş tələb olunmur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Sahibkarlar üçün qiymətli kağızların buraxılışı ilə bağlı təlim təşkil olunacaq”

Tövsiyə xəbərlər