“Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin əsasları” mövzusunda ödənişsiz təlim keçiriləcək. Bu haqda iyulun 21-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.
Təlim investisiya layihəsi üzrə tələb olunan sənədlər, biznes planın tərtib edilməsi, sənaye parkları, biznes inkubatorlar, KOB dostları, KOB evləri, “Startap” şəhadətnaməsi və digər mövzuları əhatə edəcək.
Təlim iyulun 26-da saat 10:00-da başlayacaq. İştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.