Sahibkarlar taxıl elevatorları, anbarlar və istixanalar üzrə I rübün hesabatlarını aprel ayının sonuna qədər EKTİS-ə daxil etməlidirlər. Bu haqda aprelin 26-da Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Belə ki, fermerlər “Tədarükçü modulu”nda qeydiyyatdan keçməli və informasiyanı sistemə daxil etməlidirlər.
Hesabatların verilməsi qaydası ilə təlimat vasitəsilə tanış olmaq olar.
Suallar yarandıqda sahibkarlar “1652” çağrı mərkəzinə zəng vura bilərlər.