Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. Bu barədə 14 sentyabr tarixində BAKU.WS xəbər verib.
Məlumata əsasən, hadisə Gəncədə baş verib. Belə ki, şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata, oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.
Ata və oğlunun cənazəsi Bakının Binəqədi rayonunda dəfn edilir.
Şəhid 1997-ci ildə Qobustanın Sündü kəndində dünyaya gəlib. Məlumata əsasən, onun bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən Müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı var.