TÖVSİYƏ XƏBƏRLƏR

Şəhid bilinən XTQ zabiti yaralı tapıldı

Şəhid sayılan azərbaycanlı zabit üç günlük axtarışlardan sonra sağ tapılıb. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün, 22 sentyabr tarixində xəbər verir.

28 yaşlı xüsusi təyinatlı zabit Rəsul Ağayev sağ-salamat tapılıb. Şəhid hesab olunan döyüşçü üç günlük axtarışlar nəticəsində aşkar olunub.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumata görə, antiterror tədbirləri zamanı o, ayağından yaralanıb.

Rəsul Ağayevin iki qızı var. O, YAŞAT Fondunun sədri qazi Elvin Hüseynovun qaynıdır.

Foto döyüşçünün tapıldığı vaxt çəkilib.