Ermənistanın təxribatı nəticəsində şəhid olan daha 2 hərbçimizin adı məlum olub. Bu haqda sentyabrın 17-də Müdafiə Nazirliyi məlumat yayıb.
Siyahı:
- Əsgәr Omarov Eşqin Nәsib 10.07.2003;
- Baş leytenant Nәcәfzadә Hüseyn Abbasqulu 11.10.1997.
Sentyabrın 12-dən etibarən Ermənistan Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində təxribat törədib. Nəticədə 79 nəfər hərbi qulluqçu şəhidlik zirvəsinə yüksəlib.