Cari ilin 17-27 iyun tarixlərində 22 rayondan olan 100-dən artıq şəhid və qazi övladları, aztəminatlı və çoxuşaqlı ailələrin övladları, müsabiqə qalibləri üçün yay düşərgəsi təşkil olunub. Bu barədə 29 iyun tarixində Gənclər və İdman Nazirliyi məlumat verib.
Məlumata əsasən, yay düşərgəsi zamanı gənclərə insan hüquqları, liderlik keyfiyyətlərinin inkişafı mövzularında təlimlər, “İngilis dilini əylənərək öyrənirik”, rəsm üzrə ustad dərsləri, yoqa, hip-hop və “crop dance” məşğələləri keçirilib.
Bildirilib ki, düşərgənin sonuncu günü karnaval gecəsi keçirilib. Qeyd olunub ki, iştirakçılara diplomlar təqdim edilib.