Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 31 avqust tarixində xəbər verir.
Tələbə adını qazananlar arasında Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun xanımı Kəmalə Allahyarova da var.
Şəhid xanımı Azərbaycan Universitetində Mühasibat ixtisası üzrə qiyabi təhsil alacaq.
Şahin Allahyarovun Vətən müharibəsi zamanı ailəsinə etdiyi vəsiyyət günlərlə sosial şəbəkə və medianın gündəminə çevrilmişdi.
O, döyüş zamanı çəkdiyi videoda həyat yoldaşı Kəmalə xanımdan yeni doğulacaq körpələrinə öz adının – Şahin adının verilməsini istəmişdi.