Anım Günü ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlin şəhərindəki, əsası 1866-cı ildə qoyulmuş Şəhidlər Məscidində tədbir keçirilib. Bu barədə 27 sentyabr tarixində Report məlumat verib.
Tədbirdə şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib, onlar bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərimizə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda göstərdiyi mübarizədən, əsgər və zabitlərimizin nümayiş etdirdiyi qəhrəmanlaqlarından bəhs edib.