Yaşa görə pensiyanın orta məbləği Azərbaycanda ilk dəfə olaraq, gələn il 500 manatı keçəcək.
Bunu əmək və sosial müdafiə naziri Sahil Babayev bildirib.
Nazir bildirib ki, yaşa görə orta pensiya 516 manat olacaq: “Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu xidmətlərinin elektronlaşdırılması sahəsində böyük iş görülüb. Artıq iki aydır ki, hərbi sahədə pensiyalar 80% elektron təyin edilir. Qalan 20% tam məxfi kateqoriyadan olan insanlardır”.