Şahin Bağırov Goranboyda vətəndaşları qəbul edəcək

Şahin Bağırov Goranboyda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov yanvarın 26-da saat 11:00-da Goranboy, Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək. Bu barədə 23 yanvar tarixində komitə məlumat verib.

Vətəndaşların qəbulu Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küç., 27) keçiriləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla qəbula yazıla bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx