Şahmat üzrə Avropa çempionatında 10 azərbaycanlı qadın iştirak edəcək

Avqustun 9-da Rumıniyada başlayacaq Şahmat üzrə Avropa çempionatında 10 azərbaycanlı qadın iştirak edəcək.

Avropa çempionatının mükafat fondu 60 000 avrodur. Yarış həm də Dünya Çempionatına vəsiqə qazandırır.

Şahmatçılarımızdan biri, Məmmədzadə Günay erməni şahmatçısı Mariya Gevorqyanla qarşılaşacaq.

Günay Məmmədzadə FİDE-nin 2021-ci ilin iyul ayı üçün olan reytinq sıralamasında 2460 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, dünya üzrə “Ən yaxşı 100 qadın şahmatçı” siyahısında isə 25-ci yerdə qərarlaşıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx