TÖVSİYƏ XƏBƏRLƏR

Şahmat üzrə Avropa çempionu Azərbaycan millisində işləyəcək

Avropa çempionu, komandaların yarışında dünya çempionatının qalibi, tanınmış şahmatçı Yevgeni Tomaşevski bir müddət ölkəmizdə fəaliyyət göstərəcək.

Bu barədə 18 yanvar tarixində Azərbaycan Şahmat Federasiyası məlumat verib.

Rusiyalı mütəxəssis yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

Şahmatçıların hazırlığı fərdi inkişafa uyğun xüsusi proqramla keçiriləcək.

Qeyd olunub ki, dünyanın tanınmış şahmatçılarından olan Yevgeni Tomaşevski iki dəfə Rusiya çempionatında qızıl medal qazanıb. Bununla yanaşı, o, Saratov klubunun heyətində iki dəfə Avropa Kubokunun qalibi olub. Hazırda şahmatçı 2 694 xalla FİDE reytinqində 44-cü pillədə qərarlaşıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx