TÖVSİYƏ XƏBƏRLƏR

Şəhriyar Məmmədyarov bu gün Aronyanla üz-üzə gələcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində sonuncu görüşünü keçirəcək. Bu barədə 14 may tarixində Report məlumat verib.

Məlumata əsasən, 37 yaşlı qrosmeyster yarışın IX turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gələcək. Şəhriyar Məmmədyarov qara fiqurlarla oynayacaq.

O, I, V və VIII turlarda müvafiq olaraq ABŞ təmsilçiləri: Uesli So, Fabiano Karuana və Lenyer Domingesə uduzub.

Məmmədyarov hazırda 3 xalla Rapportla birlikdə 9-10-cu pillələri bölüşdürür.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 dollardır.

Qeyd edək ki, ötən il keçirilən “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx