7 may tarixində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirəcək. Bu barədə 7 may tarixində Report məlumat verib.
Məlumata əsasən, o, yarışın üçüncü turunda qara fiqurlarla Maksim Vaşye-Laqravla (Fransa) üz-üzə gələcək.
Bildirilib ki, mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 dollardır.
Qeyd edək ki, ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.