TÖVSİYƏ XƏBƏRLƏR

Şahruddin Məhəmmədəliyev “Qarabağ”la vidalaşıb

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev “Qarabağ”la vidalaşıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 8 sentyabr tarixində xəbər verir.

29 yaşlı qapıçı bununla bağlı instaqram səhifəsində paylaşım edib.

Türkiyənin “Adana Dəmirspor” klubu ilə 2 illik müqavilə bağlayan qolkiper Ağdam təmsilçisinə təşəkkürünü bildirib: “Son damlaya qədər sevmək və döyüşmək lazımdır. Hər şey üçün təşəkkür edirəm, sevimli “Qarabağ”.

Şahruddin Məhəmmədəliyev 2016-cı ildən bəri “Qarabağ”ın formasını geyinib.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx