partlayış, yanğın

Şəki: 4 otaqlı ev yanıb

Şəkidə 4 otaqlı fərdi yaşayış evi yanıb. Bu barədə 21 yanvar tarixində APA məlumat verib.

Yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Kiçik Dəhnə kəndində, kənd sakini Kamran Yəhyə oğlu Rəsulova məxsus ümumi sahəsi 120 kvadratmetr olan kürsülü, birmərtəbəli, 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx