TÖVSİYƏ XƏBƏRLƏR

Şəkidə 29 yaşlı kişi sirkə turşusundan zəhərlənib

Şəkidə kişi sirkə turşusundan zəhərlənib. Bu barədə APA 16 dekabr tarixində məlumat verib.

Ötən axşam Şəki şəhərinin Fuad Abdurəhmanov küçəsində yaşayan 29 yaşlı Seymur Hüseynov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı S. Hüseynovun yaşadığı ünvanda sirkə turşusundan zəhərləndiyi məlum olub. S. Hüseynova lazımi tibbi yardım göstərilib, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx