Şəki sakinini ilan vurub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 25 may tarixində xəbər verir.
Rayonun Zunud kəndində 49 yaşlı yerli sakin Namiq Qurbanov özünə məxsus torpaq sahəsində təsərrüfat işləri aparan zaman ərazidə olan ilan onun sol əlindən sancıb.
Namiq Qurbanov yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.