TÖVSİYƏ XƏBƏRLƏR

Şəkidə birmərtəbəli fərdi yaşayış evi yanıb

Şəkidə fərdi yaşayış evində yanğın baş verib. Bu haqda 8 fevral tarixində Apa məlumat verib.

Hadisə rayonun Aşağı Göynük kəndində qeydə alınıb. Kənd sakini Şamil Babayevə məxsus, ümumi sahəsi 110 kv.metr olan birmərtəbəli iki otaq və eyvandan ibarət fərdi yaşayış evində yanğın olub. Əraziyə FHN-in iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Nəticədə evin 90 kv.metrlik sahəsi və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər alovdan mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx